Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyan edib: “Sionist cinayətkarların öz çirkin və iyrənc cinayətlərini lentə alaraq sosial şəbəkələrdə yaymaları işğalçı nasist kabinetinin cinayət siyasətini və onların Qəzzədə Fələstin xalqına qarşı soyqırım müharibəsini gücləndirdiyini və oradakı həyatın bütün sahələrini açıq şəkildə ortaya qoyur.”
HƏMAS əlavə edib: “Müsəlman xalqlarını və hökumətlərini, ərəb və İslam təşkilatlarını, eləcə də dünyanın azad insanlarını sionistlərin bu faşist hərəkətini pisləməyə, Fələstində İslam və Xristian ziyarətgahlarını müdafiə etmək və Qəzzə zolağında fələstinlilərin soyqırımını dayandırmaq üçün hərəkətə keçməyə çağırırıq. Həmçinin çağırış edirik ki, fələstinlilərin müdafiəsi istiqamətində, Fələstin torpağının, başda Məscidül-Əqsa olmaqla müqəddəs yerlərin müdafiəsində sionistlərin qətl maşınına və terroruna qarşı fələstinlilərin cəsur müqavimətləri qarşısında öz vəzifələrini yerinə yetirsinlər.”
Sizin rəyiniz